Yuxarı

"Qalatasaray" klubu islandiyalı futbolçu ilə yollarını ayırıb

"Qalatasaray" klubu islandiyalı futbolçu ilə yollarını ayırıb
Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yayda transfer etdiyi islandiyalı futbolçu Kolbeyn Siqtorssonla yollarını ayırıb. 

"Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, baş məşqçi Yan Olde Rikerink 26 yaşlı futbolçunu komandada görmək istəməyib.

Səbəb futbolçunun yayda İslandiya yığmasının heyətində aldığı zədəni hələ də sağalmamasıdır. Qarşılıqlı razılaşma ilə klubdan ayrılan Siqtorsson "Qalatasaray"dan yalnız 400 min avro alacaq. O, oynamadığı üçün 815 min avrosundan imtina edib.

Qeyd edək ki, Kolbeyn Siqtorsson iyulda Fransanın "Nant" klubundan bir il müddətinə icarəyə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi