"Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb

"Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu Fatih Terimlə danışıqlara başlayıb.
Futbol
22 Dekabr , 2017 01:07
Qalatasaray klubu Fatih Terimlə danışıqlara başlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib. Onun artıq dekabrın 24-də Super Liqada XVII turun "Göztəpə" ilə oyununda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.

Son xəbərlər

Orphus sistemi