"Qalatasaray"ın sabiq futbolçusu yunanıstanlı həmyerlisinin dişlərini qırıb

"Qalatasaray"ın sabiq futbolçusu yunanıstanlı həmyerlisinin dişlərini qırıb Hollandiyanın AZ komandasının futbolçusu Pantellis Hatsidiakosun PSV ilə səfər oyununda dişləri qırılıb.
Futbol
28 Oktyabr , 2019 12:49
Qalatasarayın sabiq futbolçusu yunanıstanlı həmyerlisinin dişlərini qırıb

Hollandiyanın AZ komandasının futbolçusu Pantellis Hatsidiakosun PSV ilə səfər oyununda dişləri qırılıb.

"Report"un məlumatına görə, PSV-nin yunanıstanlı legioneri Konstantinos Mitroqlu matçın 80-ci dəqiqəsində həmyerlisinin çənəsinə dirsəyi ilə vurub.

Toqquşma nəticəsində Alkmaar təmsilçisinin 22 yaşlı müdafiəçisi iki dişini itirib.

Qeyd edək ki, qarşılaşma AZ komandasının 4:0 hesablı qələbəsi ilə bitib. Müqavilə ilə Fransa "Olimpik"inə məxsus olan Konstantinos Mitroqlu ötən mövsümün ikinci yarısında icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi