Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın əməliyyat olunacağı tarix bəlli olub.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq.
Qeyd edək ki, qarşılaşma İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muslera 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun, təxminən, 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.