Yuxarı

"Qalatasaray"ın daha 3 sabiq futbolçusu barəsində həbs qərarı çıxarılıb

Onların arasında Arif Ərdəm də var

Bakı. 24 avqust. REPORT.AZ/ Futbolda Fətullahçı Terror Təşkilatı (FETÖ) əleyhinə aparılan istintaq çərçivəsində Türkiyənin "Qalatasaray" klubunun daha 3 sabiq oyunçusu barəsində həbs qərarı çıxarılıb. "Report"un məlumatına görə, Arif Erdem, İsmail Demiriz ve Uğur Tütüneker FETÖ-yə üzv olmaqda ittiham edilirlər.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin dövlət ittihamçısı Mehmet Şenay Bayqın mətbuatda bu futbolçuların FETÖ / PYD ilə əlaqələrinin olduğuna dair videoları diqqətlə izlədikdən sonra belə qərar verib. Daha öncə Hakan Şükürün də həbs olunmasına qərar verilib.

Sabiq futbolçulardan İsmail Demiriz evində yaxalanıb. Qalan oyunçuların isə Türkiyə xaricində olduqları müəyyən edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi