"Qalatasaray"ın baş məşqçisi istefaya göndərilib

"Qalatasaray"ın baş məşqçisi istefaya göndərilib 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Futbol
18 Noyabr , 2015 22:13
Qalatasarayın baş məşqçisi istefaya göndərilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Hamzaoğluna komanda naminə xidmətləri qarşılığında təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb. Hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 11 turdan 21 xalla 3-cü pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 5 xal geri qalır. Çempionlar Liqasında isə "sarı-qırmızılar" 4 oyundan 4 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Hamza Hamzaoğlu "Qalatasaray"a 2014-cü il dekabrın 1-də baş məşqçi təyin olunub. O, 2014-2015-ci il mövsümündə komandaya Türkiyə çempionluğu, ölkə kuboku və Super Kubokunu qazandırıb. İyunun 13-də Hamzaoğlu ilə 3 illik yeni müqavilə imzalanmışdı.

Son xəbərlər

Orphus sistemi