Yuxarı

​"Qalatasaray"ın Avropa Liqasındakı oyununu rusiyalı hakimlər idarə edəcək

Matçın baş hakimi Vladislav Bezborodov olacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində İtaliyanın "Latsio" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək cavab görüşünə hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, fevralın 25-də İtaliyada baş tutacaq qarşılaşmanı rusiyalı referi Vladislav Bezborodov idarə edəcək.

Yan xətt hakimi qismində meydana onun həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin çıxacaq. Matçın 4-cü hakimi Valeri Dançenkodur. Əlavə köməkçi hakim funksiyasını isə Aleksey Yeskov və İqor Fedotov yerinə yetirəcək.

İstanbulda keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bir müddətdir Rusiya və Türkiyə arasında siyasi gərginlik yaşanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi