"Qalatasaray" İsveçrə millisinin üzvünü transfer edib

"Qalatasaray" İsveçrə millisinin üzvünü transfer edib Eren Derdiyok "Cim-Bom"la 3 illik müqaviləyə imza atıb
Futbol
5 Avqust , 2016 18:10
Qalatasaray İsveçrə millisinin üzvünü transfer edib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu isveçrəli futbolçu Eren Derdiyokla müqavilə imzalayıb. 

"Report"un xəbərinə görə, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb. 

Belə ki, "Qalatasaray" 28 yaşlı hücumçu üçün onun klubu "Kasımpaşa"ya 4 milyon avro ödəyəcək. Eren Derdiyok "Cim-Bom"la 3 illik müqaviləyə imza atıb. 

Bundan başqa, "Qalatasaray" İsveçrə millisinin üzvünə hər il 2 milyon 150 min avro maaş verəcək. 

Qeyd edək ki, E.Derdiyok 2014-cü ildə Almaniyanın "Bayer" klubundan "Kasımpaşa" komandasına transfer olıunub.

Son xəbərlər

Orphus sistemi