"Qalatasaray" İngiltərə klublarından 2 futbolçu transfer edib

"Qalatasaray" İngiltərə klublarından 2 futbolçu transfer edib Bunlar hücumçu Sofian Fequli və dayaq yarımmüdafiəçisi Fernando Fransisko Rejesdir
Futbol
29 İyul , 2017 02:06
Qalatasaray İngiltərə klublarından 2 futbolçu transfer edib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqasından 2 futbolçu transfer edib.

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, bunlar hücumçu Sofian Fequli və dayaq yarımmüdafiəçisi Fernando Fransisko Rejesdir.

Onlarla müvafiq olaraq 3+1 illik və 3 illik müqavilə bağlanıb. Fequliyə təminat məbləği kimi 3,8 milyon avro, klubu "Vest Hem"ə 4,5 milyon avro, Fernandoya 3 milyon avro, klubu "Mançester Siti"yə 5,25 milyon avro ödəniləcək. Onlar iyulun 30-dək İstanbula gəlib tibbi müayinədən keçərək, rəsmi müqaviləyə imza atacaqlar. Futbolçular daha sonra "sarı-qırmızılar"ın Avstriyadakı təlim-məşq toplanışına yollanacaqlar.

Əlcəzair millisinin üzvü olan Sofian Fequli 22 dekabr 1989-cu ildə Fransada dünyaya gəlib. Oyun tərzi baxımından Zinəddin Zidana bənzədiyindən ona "Yeni Zidan" ləqəbi verilib. Fequli Fransanın "Qrenobl", İspaniyanın "Valensiya" və "Almeriya" klublarında da forma geyinib. Braziliyalı Fernando Fransisko Rejesin isə 30 yaşı 3 gün əvvəl tamamlanıb. O, Braziliyanın "Vila Nova", Portuqaliyanın "Portu" və "Eştrela" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi