"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub

"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub İstanbul klubu son turda "Göztəpə" üzərində qələbə qazanıb
Futbol
19 May , 2018 22:16
Qalatasaray 21-ci dəfə Türkiyə çempionu olub

Bakı. 19 may. REPORT.AZ/ "Qalatasaray" klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda "Göztəpə" üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.

“Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.

"Qalatasaray" 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində "Fənərbağça" və "İstanbul Başakşehir"i 3 xal qabaqlayıb.

Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.

"Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.

Son xəbərlər

Orphus sistemi