Pyer-Emerik Obameyanq Bakıya kubok üçün gəlmək istəyir

Pyer-Emerik Obameyanq Bakıya kubok üçün gəlmək istəyir Bakı. 21 sentyabr. REPORT.AZ/ “İlk hissədə və ikinci hissənin əvvəllərində yaxşı oynayıb dörd qol vura bildik. Lakin məqsədlərimizə çatmaq üçün inkişaf etdirməli olduğumuz məqamlar var. Son dəqiqələrdə etdiyimiz bəzi səhvlərə görə qollar buraxdıq”.
Futbol
21 Sentyabr , 2018 10:43
Pyer-Emerik Obameyanq Bakıya kubok üçün gəlmək istəyir

Bakı. 21 sentyabr. REPORT.AZ/ “İlk hissədə və ikinci hissənin əvvəllərində yaxşı oynayıb dörd qol vura bildik. Lakin məqsədlərimizə çatmaq üçün inkişaf etdirməli olduğumuz məqamlar var. Son dəqiqələrdə etdiyimiz bəzi səhvlərə görə qollar buraxdıq”.

"Report" xəbər verir ki, bunu İngiltərə "Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq Ukrayna "Vorskla"sına 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra deyib. 29 yaşlı forvard məqsədlərinin kuboku qazanmaqdan ibarət olduğunu bildirib: “Əlbəttə, biz Avropa Liqasını qazanmaq istəyirik. Bu turnir mənim üçün xüsusidir. Çünki keçən il Avroliqada oynaya bilməmişdim. Yenidən bu yarışa qayıtdığım üçün özümü xoşbəxt hiss edirəm. Finala qədər irəliləyib kuboku qazanmaq istəyirik. Ümid edirəm ki, növbəti oyunlarda da yaxşı performans sərgiləyəcəyik”.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq Almaniyanın "Borussiya" komandasında çıxış etdiyi vaxt "Qəbələ"nin qapısına Bakıda 3 (1:3), Dortmundda 1 qol (4:0) vurub.  Bu mövsüm Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" nöbəti oyununu oktyabrın 4-də məhz bu arenada "Qarabağ"a qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi