Yuxarı

PSJ-nin baş məşqçisi iki oyunluq cəzalanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Fransanın PSJ futbol klubunun baş məşqçisi Tomas Tuxel iki oyunluq cəzalandırılıb. 

"Report" Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı almaniyalı mütəxəssis ölkə kubokunun iki matçında texniki zonada yer ala bilməyəcək. 

Buna Tuxelin 1/8 final mərhələsində səfərdə "Vilfranş"la matçdakı davranışları səbəb olub. 

Qeyd edək ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Paris təmsilçisi 1/4 finalda "Dijon"la qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi