PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib PSJ klubu Monako ilə keçirəcəyi Fransa Liqasının XXXIII tur matçına Notr-Dam-de-Pari kilsəsinin söndürülməsində iştirak etmiş 500 yanğınsöndürəni dəvət edib.
Futbol
20 Aprel , 2019 10:19
PSJ klubu Monako ilə oyuna 500 yanğınsöndürən dəvət edib

PSJ klubu "Monako" ilə keçirəcəyi Fransa Liqasının XXXIII tur matçına Notr-Dam-de-Pari kilsəsinin söndürülməsində iştirak etmiş 500 yanğınsöndürəni  dəvət edib. 

"Report"un "Le Parisien"ə istinadən verdiyi məlumata görə, yanğınsöndürənlərdən 2-si topa simvolik zərbə vuracaq. 

Görüş aprelin 21-də Parisdəki "Park de Prens" stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Qeyd edək ki, 32 turdan sonra PSJ 81 xalla 1-ci, "Monako" 32 xalla 16-cı pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi