Fransanın PSJ klubu baş məşqçisini istefaya göndərib

Fransanın PSJ klubu baş məşqçisini istefaya göndərib Loran Blanı Unay Emeri əvəz edəcək
Futbol
27 İyun , 2016 16:26
Fransanın PSJ klubu baş məşqçisini istefaya göndərib

Bakı. 27 iyun. REPORT.AZ/ Fransanın PSJ futbol komandasının baş məşqçisi Loran Blan istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 51 yaşlı mütəxəssislə birgə köməkçiləri də Paris təmsilçisi ilə vidalaşıb.

Rəhbərlik son 3 il ildə gördüyü işə görə məşqçilər heyətinə minnətdarlıq edib. L.Blanı ardıcıl 3 mövsüm İspaniya "Sevilya"sına Avropa Liqasını qazandırmış Unay Emeri olacağı gözlənilir.

Qeyd edək ki, PSJ Loran Blanın rəhbərliyi altında ümumilikdə 11 titul qazanıb. Ötən mövsüm parislilər Fransa çempionluğu, ölkə kuboku və Liqa Kuboku əldə edib. Lakin paytaxt təmsilçisi Çempionlar Liqasında 1/4 final səddini aşa bilməyib. 

Son xəbərlər

Orphus sistemi