PSJ klubu almaniyalı futbolçu ilə müqavilə imzalayıb

PSJ klubu almaniyalı futbolçu ilə müqavilə imzalayıb Futbolçu ilə 4 illik müqavilə imzalanacaq
Futbol
26 Dekabr , 2016 09:05
PSJ klubu almaniyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubu almaniyalı Yulian Draksleri heyətinə qatıb. 

"Report"un futbolçunun hazırda çıxış etdiyi Almaniyanın "Volfsburq" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Draksler qarşıdakı 4 ildə Paris təmsilçisinin heyətində oynayacaq. 

23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti ilə bağlı açıqlama verilməyib. Ancaq Fransa mətbuatı PSJ-nin keçid üçün 40 milyon avro ödəyəcəyini qeyd edib.

Y.Draksler Almaniya Bundesliqasında 153 oyunda meydana çıxıb. Futbolçunun aktivində 23 qol və 26 qol ötürməsi var.

Son xəbərlər

Orphus sistemi