​PSJ futbol üzrə Fransa Kubokunun sahibi olub

​PSJ futbol üzrə Fransa Kubokunun sahibi olub Parislilər finalda "Oser"i minimal hesabla məğlub ediblər
Futbol
31 May , 2015 09:55
​PSJ futbol üzrə Fransa Kubokunun sahibi olub

Bakı. 31 may. REPORT.AZ/ PSJ klubu finalda "Oser"ə qalib gələrək futbol üzrə Fransa Kubokunun sahibi olub.

"Report" xəbər verir ki, Sen-Deni kommunasının "Stad de Frans" stadionunda baş tutan görüş 0:1 hesabı ilə başa çatıb.

Yeganə qolu ikinci hissənin ortalarında Edinson Kavani vurub.

Bununla PSJ öz tarixi ərzində 9-cu dəfə Fransa Kubokunun qalibi olub. Parislilər sonuncu dəfə bu mükafatı 5 il öncə qazanıblar. Rekord "Marsel" klubuna məxsusdur - 10 dəfə.

Fransa Kuboku. Final

"Oser" (Oser) – PSJ (Paris) – 0:1

Qol: Kavani, 64 (0:1).

Son xəbərlər

Orphus sistemi