Prosineçki yeni layihə ilə bağlı məşqçilərlə görüş keçirib

Prosineçki yeni layihə ilə bağlı məşqçilərlə görüş keçirib Görüş AFFA-nın inzibati binasında olub
Futbol
27 Fevral , 2017 16:11
Prosineçki yeni layihə ilə bağlı məşqçilərlə görüş keçirib

Bakı. 27 fevral. REPORT.AZ/ AFFA-nın yeni proritetlərinin müəyyənləşdirildiyi, UEFA ilə birgə hazırlanmış “Grow-2020” layihəsi çərçivəsində bıir sıra tədbirlər həyata keçirilir. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan biri də Azərbaycan milli komandasına namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdir. 

Bu proses Azərbaycan milli yığma komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihə ilə bağlı məlumat vermək, qarşıda duran məqsəd və vəzifələr barədə ətraflı fikir mübadiləsi aparamaq məqsədilə bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert müxtəlif yaş qruplarından ibarət yığmalarda çalışan məşqçilərlə görüş keçirib.

Qeyd edək ki, “Grow-2020” layihəsi ötən ilin sentyabr ayından tətbiq olunmağa başlayıb və bununla bağlı ictimaiyyətə geniş təqdimat AFFA-nın martın 16-da keçiriləcək növbəti Konfransında olacaq.

Son xəbərlər

Orphus sistemi