Yuxarı

Prosineçki və köməkçiləri Antalyada daha 4 görüş izləyib

Azərbaycan millisinin baş məşqçisi İnter, Zirə, Qarabağ və Qəbələnin oyunlarına baxıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində olan futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki daha 4 oyunu izləyib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis “İnter” – “Slovan” (Bratislava, Slovakiya), “Zirə” – “Optik” (Almaniya), “Qarabağ” – “Diosgyor” (Macarıstan) və “Qəbələ” – “Sürix” (İsveçrə) oyunlarına baxıb.

Onunla birgə köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç də olub.

Qeyd edək ki, Robert Prosineçki və köməkçiləri Antalyada Azərbaycan Premyer Liqası klublarının əvvəlki yoxlama oyunlarını da izləyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi