Yuxarı

Prosineçki bu gün Azərbaycan Premyer Liqasının 2 oyununu izləyəcək

Baş məşqçi və köməkçiləri paytaxtdakı qarşılaşmalara baxacaqlar

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər heyəti Premyer Liqanın X tur qarşılaşmalarını izləyəcəklər. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki və köməkçisi Mahmud Qurbanov bu gün keçiriləcək “Zirə” – “Kəpəz” oyununda olacaq. 

Bu qarşılaşmanın ardından onlar “Neftçi” – “İnter” qarşılaşmasına baxmaq üçün “Bakcell Arena”ya gedəcəklər.

“Qarabağ” – “Rəvan” qarşılaşmasını millinin məşqçisi Elxan Abdullayev, “Neftçi” – “İnter” matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək. 

Qeyd edək ki, "Zirə"nin ev oyunu saat 17:00-da, "Qarabağ"la "Neftçi"nin iştirakı ilə qarşılaşmalar isə saat 19:00-da başlanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi