Yuxarı

Premyer Liqanın XI turu Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq

Qarabağın baş məşqçisi 300-cü oyununa çıxacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XI turu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşılı mütəxəssis "Araz Naxçıvan" komandası ilə noyabrın 2-də keçiriləcək qarşılaşmada karyerasında baş məşqçi kimi 300-cü, “Qarabağ”la Premyer Liqasında isə 200-cü oyunu keçirəcək.

Hazırda onun hesabında 299 oyun var. Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayan Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 76-28.

2008-ci ildən “Qarabağ”da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir. Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Qurbanov ümumilikdə 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb.

Qeyd edək ki, Qurban Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudur. Premyer Liqadakı 227 görüşdən 28-i “Neftçi”, 199-u “Qarabağ”da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq. Klubdakı 6-cı mövsümdə onun yetirmələri 101 qələbə qazanıb, 58 heç-heçə edib və 40 dəfə uduzub. Bu matçların top fərqi 267-150-dır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi