Premyer Liqa: "Sumqayıt" "Keşlə"ni məğlub edib

Premyer Liqa: "Sumqayıt" "Keşlə"ni məğlub edib "Keşlə" 2 qolu öz qapısına vurub
Futbol
4 Noyabr , 2017 19:56
Premyer Liqa: Sumqayıt Keşləni məğlub edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Keşlə"ni qəbul edib.

Baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ilk oyuna çıxan qonaqlar 1:3 hesabı ilə məğlub olublar. "Keşlə" 2 qolu öz qapısına vurub. Bunlar legionerlər Denis Silva Kruz və Adrian Skarlatake olub.

"Sumqayıt"ın aktivinə daha bir qolu isə Amil Yunanov yazıb. Yunanov qollarının sayını 5-ə çatdıraraq, bombardirlər siyahısında ilk pillədəki "Qarabağ"ın hücumçusu Mahir Mədətova çatıb.

Bu qələbədən sonra "Sumqayıt" xallarını 16-ya yüksəldərək, yenidən 4-cü pilləni ələ keçirib. "Keşlə" isə 8 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçı da eyni hesabla yekunlaşıb "Qəbələ" evdə ""Səbail”i yenib.

18:00. "Sumqayıt" - "Keşlə" - 3:1

Qol: Denis Silva Kruz, 29-öz qapısına. Amil Yunanov, 52. Adrian Skarlatake, 71-öz qapısına - Nizami Hacıyev, 44

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Şahin Cəfərov

"Kapital Bank Arena”.

Son xəbərlər

Orphus sistemi