Yuxarı

Premyer Liqa: "Qarabağ" "Neftçi" üzərində qələbə qazanıb

Görüş Ağdam klubunun 3:0-lıq qələbəsi ilə yekunlaşıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub.

"Report"un məlumatına görə, son oyunda "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.

Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"dakı matç nominal meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Əl Hərbi Əl-Jadeyuinin zərbəsini qonaqların qapıçısı Krşevan Santini dəf etsə də, top müdafiəçi Jayro Rodrigesə dəyərək qapı xəttini keçib – 1:0.

İkinci qol isə matçın 47-ci dəqiqəsində vurulub. Bu dəfə Mahir Mədətov adını tabloya yazdırıb. Oyunda son nöqtəni Əl Hərbi Əl-Jadeyui qoyub və oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər qarşılaşmasında "Zirə" AZAL-ı 3:1 hesabı ilə məğlub edib. "İnter" isə "Kəpəz"lə sülh bağlayıb - 2:2.

"Qəbələ" - "Sumqayıt" matçı isə "qırmızı-qaralar"ın Peşəkar Futbol Liqasına müraciətindən sonra təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi