Yuxarı

Premyer Liqa: "Neftçi" son dəqiqələrdə qələbəni əldən verib - VİDEO

Komanda yeni baş məşqçinin rəhbərliyi altında ilk məğlubiyyətini alıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Report"un məlumatına görə, turun açılış oyunu Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası Gəncənin "Kəpəz" klubunu qəbul edib. Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Azarkeşlər yalnız matçın 69-cu dəqiqəsində qola şahidlik ediblər. Meydan sahiblərinin heyətində Vaqif Cavadov adını tabloya yazdırıb. Lakin gəncəlilərin cavabı çox gecikməyib. Kərim Diniyev 73-cü dəqiqədə hesaba tarazlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 4 oyundan sonra "Sumqayıt" 5 xalla 6-cı pillədə qərarlaşıb. "Kəpəz" isə 5 oyundan 7 xal toplayaraq "Qəbələ" ilə 3 və 4-cü pillələri bölüşür.

Günün digər qarşılaşması "İnter Arena"da baş tutub. "İnter" paytaxtın "Neftçi" klubunu sınağa çəkib. Matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissənin ilk yarısında da azarkeşlər qol görməyib. Yalnız matçın 67-ci dəqiqəsində qonaqlar istəyinə çatıb. Fuad Bayramovun cərimə meydançasında Fəhmin Muradbəyliyə qarşı mübarizəsini baş hakim Fariz Yusifov on bir metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Araz Abdullayev penaltidən Səlahət Ağayevi məyus etməyi bacarıb. Oyunun sonlarına yaxın "bankirlər" məğlubiyyətdən xilas ola bilib. Rauf Əliyev 87-ci dəqiqədə hesabı bərabərləşdirib. Cəmi 2 dəqiqə sonra Əliyev dubl edib və komandasına 3 xal qazandırıb. Qarşılaşma "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə "Neftçi" 3 xalla 7-ci pillələdə qalıb. "İnter" isə xal ehtiyatını 10-a çatdıraraq liderliyə yüksəlib.

Tura sabah keçiriləcək "Qəbələ" - AZAL və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.





Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi