Premyer Liqa: "Keşlə" "Zirə" üzərində əzmkar qələbə qazanıb - VİDEO

Premyer Liqa: "Keşlə" "Zirə" üzərində əzmkar qələbə qazanıb - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib
Futbol
21 Aprel , 2018 17:51
Premyer Liqa: Keşlə Zirə üzərində əzmkar qələbə qazanıb - VİDEO

Bakı. 21 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Keşlə" "İnter Arena"da "Zirə" ilə üz-üzə gəlib. 

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı qonaqlar açıb. 36-cı dəqiqədə Milan Düriç penaltidən fərqlənib. Lakin fasilədən sonra meydan sahibləri 2 qol vurublar. 50-ci dəqiqədə Andre Klennon bərabərlik, 69-cu dəqiqədə Vaqif Cavadov qələbə topunu vurub.

Bu nəticədən sonra "Zirə" 35 xalla 4-cü pillədə qərarlaşıb. "Keşlə" isə 21-ci xalını qazanaraq 6-cı pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər matçları mayın 22-də keçiriləcək. "Neftçi" "Qəbələ"ni, "Sumqayıt" "Qarabağ"ı, "Səbail" isə "Kəpəz"i qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XXIV tur

21 aprel (şənbə)

16:00. "Keşlə” – "Zirə” - 2:1

Qollar: Andre Klenon, 50. Vaqif Cavadov, 69 - Milan Düriç, 36-penalti ilə

Bakı. "İnter Arena”

İlk üç dövrə - 1:1, 0:1, 2:1

Son xəbərlər

Orphus sistemi