Premyer Liqa: "Keşlə" "Qəbələ"ni böyük hesabla məğlub edib
Futbol
- 31 avqust, 2019
- 16:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi "Qəbələ" ötən mövsümü son pillədə bitirmiş "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı artıq 10-cu dəqiqədə "Keşlə"nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.
Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan "Keşlə" 6 xalla "Səbail" və "Qarabağ"ın liderliyinə şərik olub. Dalbadal 3-cü "quru" məğlubiyyətlə üzləşən xalsız "Qəbələ" isə sonuncu pillədə qalıb.
Son xəbərlər
09:38
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
Xarici siyasət
09:34
Litva səfiri "Sabah"ı UEFA Çempionlar Liqasındakı tarixi qələbəsi münasibətilə təbrik edib
Xarici siyasət
09:30
Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib
Biznes
09:28
FIBA Çempionlar Liqası: "Sabah" basketbol komandası növbəti oyununa çıxır
Komanda
09:16
UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək
Futbol
09:10
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
İKT
09:07
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Futbol
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə