Premyer Liqa: "İnter" "Kəpəz"i məğlub edib

Premyer Liqa: "İnter" "Kəpəz"i məğlub edib Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
9 Sentyabr , 2017 19:26
Premyer Liqa: İnter Kəpəzi məğlub edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

“Report” xəbər verir ki, həftənin açılış matçında “İnter” “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

IV tura bu gün keçiriləcək “Qəbələ” – “Zirə” və sentyabrın 10-da baş tutacaq “Sumqayıt” – “Neftçi” oyunları ilə yekun vurulacaq. “Qarabağ”la “Səbail”in qarşılaşması isə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

IV tur

19 sentyabr

17:00. "İnter” – "Kəpəz” - 3:2

Qollar: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 33 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

"İnter Arena”

Son xəbərlər

Orphus sistemi