Premyer Liqa: "Qarabağ" Belekdə, "Neftçi" Manavqatda toplanış keçəcək

Premyer Liqa: "Qarabağ" Belekdə, "Neftçi" Manavqatda toplanış keçəcək Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq.
Futbol
16 Dekabr , 2019 14:53
Premyer Liqa: Qarabağ Belekdə, Neftçi Manavqatda toplanış keçəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq.

“Report” xəbər verir ki, artıq 6 kollektivin hazırlıq proqramı bəllidir. “Keşlə” və “Sabah”ın isə Antalyada hansı tarixlərdə toplanış keçəcəkləri və harada məskunlaşacaqları hələ dəqiqləşməyib.



“Qarabağ”

Tarix: 12 – 26 yanvar

Məkan: Belek, “Gloria” oteli

Ağdam təmsilçisi Antalyada 4 yoxlama oyunu keçirəcək. Rəqiblər və tarixlər dəqiqləşməyib.

“Neftçi”

Tarix: 11 – 25 yanvar

Məkan: Manavqat, “The Sense De Luxe” oteli

“Ağ-qaralar” 15, 20 və 24 yanvar olmaqla, 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. İlk rəqib “LKS Lodz” (Polşa) olacaq. Digərləri dəqiqləşməyib.

“Qəbələ”

Tarix: 12 – 26 yanvar

Məkan: Lara, “Trendy Lara” oteli

Əyalət komandası yanvarın 14-də “Çayka” (Rusiya), 4 gün sonra isə MTK (Macarıstan) ilə üz-üzə gələcək. Qalan 2 görüş üçün rəqiblər və tarixlər dəqiqləşməyib.

“Zirə”

Tarix: 8 – 22 yanvar

Məkan: Belek, “IC Santai” oteli

Qəsəbə təmsilçi 3 yoxlama oyunu planlaşdırıb. Rəqiblər və tarixlər dəqiqləşməyib.

“Sumqayıt”

Tarix: 12 - 26 yanvar

Məkan: Lara, “ASK Lara” oteli

Sumqayıtlılar 4 yoxlama oyunu nəzərdə tutublar. Rəqiblər və tarixlər dəqiqləşməyib.

“Səbail”

Tarix: 12 – 26 yanvar

Məkan: Lara, “Miracle” oteli

“Dənizçilər” Antalyada 4 oyun keçirəcəklər. Rəqiblər və tarixlər dəqiqləşməyib.

“Keşlə”

Tarix: Dəqiqləşməyib

Məkan: Dəqiqləşməyib

“Sabah”

Tarix: Dəqiqləşməyib

Məkan: Dəqiqləşməyib

Qeyd edək ki, qış transfer pəncərəsi 7 yanvar - 3 fevral 2020-ci ili əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi