Yuxarı

​Portuqaliya klubu azərbaycanlı futbolçu ilə yollarını ayırıb

Səbəb Elnur Cəfərovun hazırlıq səviyyəsinin komandaya uyğun gəlməməsidir

Bakı. 4 avqust. REPORT.AZ/ Bir müddət əvvəl Portuqaliyanın "Tondela" klubunun düşərgəsinə yollanan azərbaycanlı futbolçu Elnur Cəfərov komandadan uzaqlaşdırılıb. "Report"un məlumatına görə, buna səbəb futbolçunun hazırlıq səviyyəsinin komandaya uyğun gəlməməsidir.

Klubun ictimaiyyətlə əlaqələr üzrə direktoru Viktor Ramos 19 yaşlı Cəfərovla yanaşı, Tomas Xorxe və Ruben Silvestrin də yeni mövsüm üçün nəzərdə tutulan əsas komandanın 23 futbolçudan ibarət heyətində yer almayacağını bildirib. Onlar ötən gün ictimaiyyətə təqdim edilən oyunçular arasında olmayıblar. Hər 3 futbolçunun başqa klublara icarəyə veriləcəkləri, yoxsa "Tondela"dan ümumiyyətlə göndərildikləri məlum deyil.

Qeyd edək ki, ötən ayın əvvəlində Elnur Cəfərov "Tondela" ilə bir illik müqavilə imzalamışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi