Portuqaliya futzal üzrə Avropa çempionatının finalında Rusiyanı məğlub edib

Portuqaliya futzal üzrə Avropa çempionatının finalında Rusiyanı məğlub edib Priney təmsilçisi finalda İspaniya-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq
Futbol
8 Fevral , 2018 22:59
Portuqaliya futzal üzrə Avropa çempionatının  finalında Rusiyanı məğlub edib

Bakı. 8 fevral. REPORT.AZ/ Sloveniyanın paytaxtı Lüblyana şəhərində keçirilən mini futbol üzrə Avropa çempionatının ilk finalçısı məlum oub.

“Report” xəbər verir ki, ilk yarımfinal oyununda Portuqaliya millisi Rusiyanı 3:2 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Priney təmsilçisi finalda axşam saat 00:00-da başlayacaq İspaniya-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq.

Mini-futbol. Avropa çempionatı. Lüblyana, Sloveniya

Yarımfinal

Rusiya — Portuqaliya — 2:3 (1:0).

Qollar: Eder Lima, 4 (1:0), Andre, 31 (1:1), Andre, 36 (1:2), Brunu Koelyu, 40 (1:3), Eder Lima, 40 (2:3).

Son xəbərlər

Orphus sistemi