Bakı. 30 iyun. REPORT.AZ/ AVRO-2016-da Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək 1/4 final matçında İstanbuldakı terror aktında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, UEFA bununla bağlı qərar qəbul edib.
Qeyd edək ki, Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da Fransanın Marsel şəhərində keçiriləcək.
Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.