"Mançester Yunayted"in futbolçusu ilə azarkeşlər arasında insident baş verib

"Mançester Yunayted"in futbolçusu ilə azarkeşlər arasında insident baş verib Münaqişə fransalı futbolçunun avtoqraf vermək istəməmsi üzündən baş verib
Futbol
1 Mart , 2017 13:35
Mançester Yunaytedin futbolçusu ilə azarkeşlər arasında insident baş verib

Bakı. 1 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba ilə komandanın azarkeşləri arasında insident yaşanıb. "Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, münaqişə 24 yaşlı yarımmüdafiəçinin restoranda fransalı dostları ilə şam etdiyi vaxt baş verib.

Fransalı futboçudan avtoqraf götürmək istəyən bir qrup fanat masaya yaxınlaşsa da, Poqba məşğul oduğunu əsas gətirərək, onların xahişini yerinə yetirməyib. Oyunçunun imtinasından hiddətlənən azarkeşlər isə aqressiv davranışa yol veriblər. Nəticədə, restoranın administratorları polis çağırmağa məcbur qalıblar.

Qeyd edək ki, Pol Poqba ötən ilin avqustunda rekord məbləğə - 105 milyon avro qarşılığında İtaliyanın "Yuventus" klubundan "Mançester Yunayted"ə keçib.

Son xəbərlər

Orphus sistemi