PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqlayıb

PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqlayıb Ramin Musayev: "O da mənim kimi ürəyinə 5-6 stend düzdürəcək"
Futbol
18 Sentyabr , 2018 18:08
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqlayıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev azarkeşlik etdiyi klubun və baş məşqçinin adını açıqlayıb.

Qurumun rəhbərli “Report”a müsahibəsində bildirib ki, daxili yarışlarda “Neftçi”yə azarkeşlik edir: “Nə dünən, nə də “Neftçi”də işləyəndən yox, körpəlikdən bu komandanın azarkeşiyəm. “Neftçi” bu gün Premyer Liqada liderdir. Komandanın nəticəsi məni qane edir, amma oyunu yox. “Neftçi” daha artıq oynamalıdır. Bugünki “Neftçi” əvvəlkinə bənzəyir. Lakin bir az da artırsalar, daha yaxşı olar. Adam matça daha rahat baxar. Mirabdulla Abbasovdan 3 dənə də olsa, əla olar. Matç sayı azdır, yeni futbolçuların bir-birilərini başa düşməkləri var".

Musayev “Neftçi” “Qarabağ”ın hegemonluğuna son qoya bilərmi” sualına belə cavab verib: “Heç kimin yeri daimi deyil. Niyə də yox? “Keşlə” də zəif komada deyil, yaxşı oyun göstərir. Futbola azarkeş kimi baxıram. “Neftçi” bu dəqiqə yaxşı oynadığı üçün sevinirəm. Ümumi götürsək, hamısı məni məyus edir. Hamısı bildiyi kimi oynayır”.

PFL prezidenti baş məşqçilərdən hazırda “Zirə”yə rəhbərlik edən Samir Abasovun işini daha çox bəyəndiyini vurğulayıb: “İstərdim ki, “Zirə” yaxşı futbol sərgiləsin. Çünki Samir Abasovun azarkeşiyəm. O adamın oyun tərzinə vurğunam. Özü müdafiəçi olub, amma komandasına hücum futbolu oynadır. İnsan var ki, pul naminə işləyir. Bu şəxs üçün isə puldan vacib komandanın udmağı və oyunudur. Amma ona yazığım gəlir. O da mənim kimi ürəyinə 5-6 stend düzdürəcək. Elə olmamalıdır. Abasovun debüt matçında “Zirə”yə texniki məğlubiyyət verilməsi uduzmaq demək deyil. Belə şeylər olur”.

Son xəbərlər

Orphus sistemi