Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.
Futbol
1 İyun , 2020 15:05
Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

PFL rəsmisi bildirib ki, qarşılaşmalar 19:00-dan tez başlamayacaq.

Hər tur eyni günə təsadüf edəcəyindən matçların müxtəlif saatlarda start götürəcəyi gözlənilir. Şahgəldiyev bu suala belə cavab verib: "Onu dəqiq deyə bilməyəcəyəm. Bütün variantlar müzakirə olunur".

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi