Yuxarı

​Petr Çex milli komanda karyerasını başa vurub

Qapıçı klubdakı çıxışını davam etdirəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Futbol üzrə Çexiya milli komandasının qapıçısı Petr Çex yığma komanda karyerasını başa vurduğunu açıqlayıb. "Report"un Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, o, klub karyerasını davam etdirəcək. 

34 yaşlı əlcək sahibi 2002-ci ildən milli komandada çıxış edib və 124 oyunda yığmanın formasını geyinib.

O, futbol üzrə Çexiya milli komandasında ən çox çıxış edən oyunçudur.

Qeyd edək ki, qapıçı hazırda İngiltərənin "Arsenal" klubunda çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi