Pərdis Fərcad-Azad: "Final matçı başqa cür olacaq"

Pərdis Fərcad-Azad: "Final matçı başqa cür olacaq" Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə Qəbələ ilə 1:1 hesabı ilə heç-heçə edən Keşlənin futbolçusu Pərdis Fərcad-Azad oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
5 May , 2018 23:40
Pərdis Fərcad-Azad: Final matçı başqa cür olacaq

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə edən "Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, o öncə oyun haqqında danışıb:

- Yaxşı oynadıq. İkinci hissə daha yaxşı idik. 1:1 hesabı layiqli nəticədir. Hər iki komanda qələbə qazana bilərdi. Qol şansları da çox oldu.

- Finalda da bu komanda ilə qarşılaşacaqsınız... Həmin oyunu necə dəyərləndirirsiniz?

- Final bir az başqa cür olacaq. Hər iki komanda o oyuna çox həvəsli çıxacaq. Final matçı hər zaman başqa olur.

- Həlledici görüşün "Qəbələ"də olması rəqib üçün üstünlükdürmü?

- Xeyr, elə fikirləşmirəm. Stadion da böyük deyil. Azarkeş də çox olmayacaq.

- Final şanslarınızı necə qiymətləndirirsiniz?

- Şanslar bərabərdir. Hər iki komandanın şansı var. Finalda hər şey ola bilər.

- Bu gün "Keşlə" tam gücü ilə çıxış etdi?

- Biz hər zaman öz oyunumuzu oynayırıq. Oyunumuzda heç nə deyişmir.

- Müqaviləniz mövsümün sonu başa çatır. Yeni təklif olubmu?

- O barədə danışmamışıq. Mənə 1-2 klubdan təkliflər var.

- Həmin komandalar yerli klublardır, yoxsa?

- Yerli və xarici klublardan təkliflər almışam.

- Hansı ölkə olduğunu açıqlaya bilərsiniz?

- Xeyr. Açıqlamaq istəmirəm.

- Oyundan öncə istirahət etmişdiniz. Deyəsən, bu, komandaya yaxşı təsir edib.

- Bəli.

- Start heyətdə niyə meydanda deyildiniz?

- Həqiqətən bilmirəm. Mən meydana çıxmağa hazır idim. Bundan əvvəlki oyunda oynamadım. Zədəli idim. 3 gündür məşq edirdim. Bəlkə ona görə, məşqçi bu qərarı verib. Nöbəti oyunda da oynamaq istəyirəm.

- “Keşlə” yüksəlişdədir. Bunun səbəbini nədə görürsünüz?

- Baş məşqçi komandanın sistemini dəyişib. Komandaya yaxşı oyunçular da gəlib. Fikirləşirəm ki, onun da təsiri var. Maliyyə vəziyyəti də düzəlib.

- Yuri Maksimovun qalmasını istəyərsənmi?

- Əlbəttə.

Son xəbərlər

Orphus sistemi