Yuxarı

Paytaxt klubu serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Milan Duriç Xorvatiya və Makedoniyada top qovub

Bakı. 25 iyun. REPORT.AZ/ "Zirə" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, klub Xorvatiya "İstra"sında çıxış edən Milan Duriçlə müqavilə imzalayıb.

28 yaşlı mərkəz yarımmüdafiəçisi komanda ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Duriç karyerası ərzində Serbiyanın "Yaqodina", "Pekar", Makedoniyanın "Skopye" klublarında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi