Parisdəki etiraz aksiyalarına görə PSJ-nin matçı təxirə salınıb

Parisdəki etiraz aksiyalarına görə PSJ-nin matçı təxirə salınıb Bakı. 4 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa Liqasının XVII turunda keçirilməsi planlaşdırılan PSJ - Monpelye matçı təxirə salınıb.
Futbol
4 Dekabr , 2018 16:03
Parisdəki etiraz aksiyalarına görə PSJ-nin matçı təxirə salınıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa Liqasının XVII turunda keçirilməsi planlaşdırılan PSJ - "Monpelye" matçı təxirə salınıb. 

"Report" Paris təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, buna paytaxtda baş verən etiraz aksiyaları səbəb olub. Görüşün polisin tələbindən sonra təxirə salındığı bildirilib. 

Qeyd edək ki, PSJ - "Monpelye" matçı dekbarın 8-də keçirilməli idi. Komanda dekabrın 6-da XVI tur qarşılaşmasında "Strasburq"un qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi