Paraqvay klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusunu qovub - VİDEO

Paraqvay klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusunu qovub - VİDEO Paraqvayın “İndependyente” klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusu Bendriks Parranı qovub.
Futbol
24 Aprel , 2019 11:50
Paraqvay klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusunu qovub - VİDEO

Paraqvayın “İndependyente” klubu penaltini dəqiq yerinə yetirə bilməyən futbolçusu Bendriks Parranı qovub.

“Report” goal.com-a istinadən xəbər verir ki, 27 yaşlı venesuelalı yarımmüdafiəçi Cənubi Amerika Kubokunda Kolumbiya “La Ekidad”ı ilə oyunda penalti seriyası zamanı “Panenka” zərbəsinin güdazına gedib.

Rəqib qapıçı onun vuruşunu asanlıqla dəf edib və Kampo-Qrade təmsilçisi 3:4 hesabı ilə uduzub. Bundan sonra klub Parra ilə müqaviləyə xitam verib.

Son xəbərlər

Orphus sistemi