Panama millisinin baş məşqçisi: "Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəyəm"

Panama millisinin baş məşqçisi: "Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəyəm" Bakı. 18 iyun. REPORT.AZ/ Futbol üzrə Panama millisinin baş məşqçisi Ernan Dario Qomes Rusiyada keçirilən dünya çempionatının ilk oyununda qarşılaşacaqları Belçika ilə oyundan öncə maraqlı açıqlama verib.
Futbol
18 İyun , 2018 09:06
Panama millisinin baş məşqçisi: Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəyəm

Bakı. 18 iyun. REPORT.AZ/ Futbol üzrə Panama millisinin baş məşqçisi Ernan Dario Qomes Rusiyada keçirilən dünya çempionatının ilk oyununda qarşılaşacaqları Belçika ilə oyundan öncə maraqlı açıqlama verib. 

"Report"un məlumatına görə, 62 yaşlı mütəxəssis rəqibi oyunun favoriti hesab etdiyini vurğulayıb: "Futbolda hər şey olur. Bizim üçün uğurlu gün olsa, xal qazana bilərik. Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəm. Zarafat edirəm, biz peşəkarlarıq".

Qeyd edək ki, Belçika - Panama matçı bu gün Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi