Maksim Medvedev: "Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur"

Maksim Medvedev: "Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur" “Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm.
Futbol
19 Aprel , 2019 15:48
Maksim Medvedev: Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur

“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev klubun saytına açıqlamasında deyib. 

30 yaşlı müdafiəçi Azərbaycanın ən güclü klubunda oynamağın hər kəsə nəsib olmadığını bildirib. O, 13 il eyni komandada çıxış etməsini çox sevindirici hal kimi dəyərləndirib: "Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim, amma bu, tam fərqli hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm (gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.

Qeyd edək ki, Maksim Medvedev Premyer Liqanın XXV turunda "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri matçda Ağdam təmsilçisinin heyətində 400-cü oyununu keçirib. Görüşdən öncə futbolçuya övladları tərəfindən "400" yazılı simvolik forma təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi