Yuxarı

İtaliyalı futbolçuda koronavirus aşkarlandı

Onun adı açıqlanmayıb

646

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusunda koronavirus aşkarlanıb.

"Report" "La Nazione" nəşrinə istinadən xəbər verir ki, Siena əyalətində yaşayan futbolçunun adı və hansı komandada oynaması hələlik açıqlanmayıb.

Oyunçunun ötən həftə qızdırma səbəbindən komandasının oyununu buraxdığı iddia olunur. Koronavirus testindən keçirilən futbolçuda nəticələr müsbət çıxıb. Bu barədə dərhal onun klubuna məlumat göndərilib. Futbolçu özü isə təcili tibbi yardımla Sienadakı yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 474 nəfərə çatıb. Ən çox yoluxma halı (305 nəfər) ötən həftənin sonunda koronavirusun yayılmasının yerli mərkəzinə çevrilən Lombardiya bölgəsindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi