Oliver Kan qapıçı əlcəkləri istehsal edən şirkəti məhkəməyə verib

Oliver Kan qapıçı əlcəkləri istehsal edən şirkəti məhkəməyə verib Bakı. 27 noyabr. REPORT.AZ/ Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Oliver Kan qapıçı əlcəkləri istehsal edən “T1tan” şirkətini məhkəməyə verib.
Futbol
27 Noyabr , 2018 17:43
Oliver Kan qapıçı əlcəkləri istehsal edən şirkəti məhkəməyə verib
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Oliver Kan qapıçı əlcəkləri istehsal edən “T1tan” şirkətini məhkəməyə verib.

“Report” sport1.de saytına istinadən xəbər verir ki, oyunçu karyerası ərzində “Titan” ləqəbi ilə məşhurlaşmış 49 yaşlı qolkiper şirkətin adından dolayı onun hüquqlarının pozulduğunu iddia edir.

İşlə Münhen dairə məhkəməsi məşğul olacaq. Kan Baden-Vürtemberqdə yerləşən şirkətdən 250 min avro təzminat və adının dəyişdirilməsini tələb edir. Veteran oyunçunun özünün də qapıçı əlcəkləri istehsal edən “Goalplay” şirkəti var.

Qeyd edək ki, Oliver Kan 2002 və 2006-cı il dünya çempionatlarının mükafatçısıdır. O, Bundestimin heyətində müvafiq olaraq, gümüş və bürünc medal əldə edib. “Titan” ləqəbini ona DÇ-2002-də “Bild” nəşri verib. Dörd dəfə dünyanın ən yaxşı qapıçısı seçilən veteran oyunçu AVRO-1996-nın qalibi olub.

Son xəbərlər

Orphus sistemi