"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib"

"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib" Bakı. 10 iyul. REPORT.AZ/ Sloveniya Olimpiyasının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində Qarabağla keçirəcəkləri oyun barədə danışıb.
Futbol
10 İyul , 2018 16:03
Olimpiyanın baş məşqçisi: Qarabağ Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Sloveniya "Olimpiya"sının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə danışıb. 

"Report"un məlumatına görə, 40 yaşlı mütəxəssis mətbuat konfrasında rəqibi analiz etmək üçün vaxtlarının olduğunu vurğulayıb. O, Azərbaycan təmsilçisini belə dəyərləndirib: "Rəqibimiz çoxlu dəyişikliyə məruz qalıb. Bu, keyfiyyətli, yüksək səviyyədə təşkil olunmuş komandadır və Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib. "Qarabağ" ötən mövsüm Azərbaycan çempionatında ən yaxın izləyicisini 16 xal üstələyib. Ona görə də çətin oyun olacaq. Lakin bizi harada olduğumuzu görmək baxımından yaxşı sınaq gözləyir. Çalışacağıq ki, özümüzü, fanatlarımızı məmnun edək".

Qeyd edək ki, iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi