Yuxarı

Tennisçi olimpiadada ölkəsini təmsil etmək üçün ABŞ vətəndaşlığından imtina edir

Olimpiadada ölkəsini təmsil etmək üçün ABŞ vətəndaşlığından imtina

Tanınmış tennisçi Naomi Osaka 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında doğulduğu ölkəni təmsil etmək üçün ABŞ vətəndaşlığından imtina edir.

"Report" xəbər verir ki, 22 yaşlı Yaponiya əsilli idmançı bu barədə NHK telekanalına müsahibəsində bildirib. Osaka olimpiadada Yaponiyanı təmsil etməyin xüsusi bir hiss olacağını vurğulayıb: "Ölkəni şərəfini qorusanız, daha böyük hisslər yaşaya bilərsiniz. Öz tərzimdə çıxış edəcəyəm və qızıl medal qazanmağa çalışacağam".

Qeyd edək ki, Naomi Osakanın ikili vətəndaşlığı var. Onun atası Haitidən, anası Yaponiyadandır. Dünya reytinqində üçüncü olan tennisçi Yaponiyada dünyaya gəlsə də, erkən yaşlarında ailəsi ABŞ-a köçüb. İkili vətəndaşlıqdan imtina edildikdən sonra Osaka Yaponiyanı olimpiadada təmsil edə biləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi