Yuxarı

"Odlar Yurdu" komandası şahmat üzrə Avropa çempionatına qələbə ilə başlayıb

"Odlar Yurdu" komandası şahmat üzrə Avropa çempionatına qələbə ilə başlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb.

"Report" xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət "Odlar Yurdu" komandası ilk görüşündə Finlandiyanın "Komeon" kollektivi ilə üz-üzə gəlib. 

Qarşılaşma "Odlar Yurdu" kollektivinin böyük hesablı qələbəsi ilə başa çatıb. 

"Odlar Yurdu" - "Komeon" (Finlandiya) - 6:0

Şəhriyar Məmmədyarov - Tapani Sammalvyo - 1:0

Rauf Məmmədov - Timo Lampen - 1:0

Eltac Səfərli - Harri Mansner - 1:0

Qədir Hüsyenov - Tommi Verkasalo - 1:0

Vasif Durarbəyli - Santul Kosmo - 1:0

Nicat Abasov - Kauko Kelo - 1:0. 

Qeyd edək ki, turnirdə, ümumilikdə, 73 klub yarışır. Onlardan 61-i kişilərin qrupunda, 12-si isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı "Odlar Yurdu” komandaları təmsil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi