Nursultan Nazarbayevin nəvəsi Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti vəzifəsindən azad olunub

Nursultan Nazarbayevin nəvəsi Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti vəzifəsindən azad olunub ​Aysultan Nazarbayev öz ərizəsi ilə postunu tərk edib
Futbol
18 Oktyabr , 2017 11:54
Nursultan Nazarbayevin nəvəsi Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti vəzifəsindən azad olunub

Bakı. 18 oktyabr. REPORT. AZ/ Aysultan Nazarbayev Qazaxıstan Futbol Federasiyasının (KFF) vitse-prezidenti vəzifəsindən azad olunub.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nəvəsi olan 27 yaşlı funksioner öz ərizəsi ilə postundan gedib.

Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında KFF-nin FİFA, UEFA və milli federasiyalarla iş üzrə vitse-prezidenti təyin olunmuşdu. O, 2015-ci ildə qurumun prezidenti postuna namizədliyini irəli sürmək istədiyini də açıqlayıb. Gənc funksioner futbolçu karyerası ərzində İngiltərənin “Portsmut”, eləcə də vətənində “Astana” və “Sunkar” klublarının əvəzedici komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi