​Norveç millisinin baş məşqçisi: "Bakıdan mütləq qələbə ilə dönməliyik"

​Norveç millisinin baş məşqçisi: "Bakıdan mütləq qələbə ilə dönməliyik" Per-Matias Hoqmo Azərbaycan yığması ilə oyunun önəmindən danışıb
Futbol
4 Noyabr , 2014 16:55
​Norveç millisinin baş məşqçisi: Bakıdan mütləq qələbə ilə dönməliyik
Bakı. 4 noyabr. REPORT.AZ/ "Biz Estoniya ilə oyunu Azərbaycan yığması ilə matça hazırlığın bir hissəsi kimi görürük". "Report"un məlumatına görə, bu sözləri AVRO-2016-nın noyabrın 16-da keçiriləcək seçmə oyunu barədə danışan Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

55 yaşlı mütəxəssis komandası üçün Azərbaycan millisi ilə matçın böyük önəm kəsb etdiyini vurğulayıb: "Estoniya ilə yoldaşlıq görüşündə əsasən futbolçuların fiziki hazırlığı ilə tanış olacağıq. Amma Bakıda oynayacaq futbolçular Estoniya ilə görüşdə 90 dəqiqə meydanda qalmayacaqlar. Çünki Azərbaycan səfəri bizim üçün çox önəmlidir. Bakıdan mütləq qələbə ilə dönməliyik".

Qeyd edək ki, Norveç millisi Estoniya yığması ilə noyabrın 12-də Osloda, Azərbaycan millisi ilə noyabrın 16-da Bakıdakı "Bakcell Arena"da qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi