Yuxarı

Norveç - Azərbaycan matçının stadionu müəyyənləşib

Oyun 88 yaşlı arenada keçiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/Futbol üzrə Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. "Report"un məlumatına görə, görüş iyunun 12-də Oslo şəhərindəki "Ullevol" stadionunda keçiriləcək. 

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

Qeyd edək ki, 1927-ci ildən tikilən "Ullevol" stadionu 27572 tamaşaçı tutumuna malikdir. Norveç yığması H qrupunda İtaliya (0:2) və Bolqarıstanla (2:1) da əvvəlki ev oyunlarını bu arenada keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi