Yuxarı

Norveç - Azərbaycan matçının hakimləri açıqlanıb

Görüşə polşalılar təyinat alıb

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 12-də Norveç və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə AVRO-2016-nın seçmə qrup matçının hakimləri açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmaya polşalı referi Pavel Gil təyinat alıb.

Ona həmyerlilərindən Konrad Sapela və Martsin Borkovski yan xətt, Bartoş Frankovski və Krjiştof Yakubik əlavə köməkçi hakimlər, Radoslav Seyka dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi şimali irlandiyalı Krouford Uilson, hakim-inspektor kiprli Kostas Kapitanisdir.

Qeyd edək ki, Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi