Yuxarı

Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"

Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"

"Beş gündür ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Heyətdə bəzi futbolçular var ki, oynaya bilməyəcəklər. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son 5 dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı görüşlərdə yaxşı nəticələr olsun".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib. 

53 yaşlı mütəxəssis bildirib ki, komandanın əsas oyunçuları sıradan çıxıb: "Ümid edirəm ki, komandaya cəlb olunanlar onları layiqincə əvəzləyə biləcəklər. Hərçənd, bu, asan olmayacaq".

Xorvatiyalı baş məşqçi 4 oyunun analizlərinə əsasən ümidli olduğunu sözlərinə əlavə edib: "Uelslə səfər matçında 85 dəqiqə ərzində 1 xala layiq idik. Xorvatiyadan xal aldıq. Bəhreyndə isti hava şəraitində qələbə qazandıq. Macarıstanda isə son 15-20 dəqiqədə yaxşı oynadıq. Qol vurdurq, amma hakim qeydə almadı".

Yurçeviç start heyəti açıqlamamasının səbəbini belə izah edib: "Burada hansısa sirri qorumaq fikrim yoxdur. Maksim Medvedevin durumu bəlli deyil. Qalan 9 oyunçunu həmişə demişik".

Mütəxəssis Cavid Hüseynov haqqında da fikirlərini bölüşüb. O, "Keşlə"də çıxış edən Slavik Alxasovun yığmaya çağırılmamasına da toxunub: "Cavid son oyunlarda komandaya kömək edib. Onun oyunlarını izləmişik. Heyəti müəyyənləşdirmək asan deyil. İmkanlarımız da çox deyil. Rəşad Eyyubovu, klubunda oynamadığı üçün çağırmadıq. Eddi İsrafilov gələ bilmədi və Elvin Camalovu cəlb etdik. Cavid Hüseynov təcrübəli oyunçudur. Slavik Alxasovun oynadığı mövqedə çox futbolçumuz var. Amma bu, o demək deyil ki, onun üzünə qapıları bağlamışıq".

Yurçeviç millidəki debütantlar Elvin Camalovla Vüsal İsgəndərlinin meydanda olma ehtimalından da danışıb: "Ola bilər ki, hər ikisi oynasın. Yaxud biri oynasın, ümumiyyətlə, heç biri oynamasın. Hər ikisi məşqlərdə özlərini yaxşı göstərib və onlardan razı qalmışam. Vüsal pozitiv futbolçudur, sürətli reydləri ilə rəqibə narahatlıq yarada bilir. Elvin də mövqeyində aqressivdir. Onlar da digərləri ilə eyni vəziyyətdədir. Şans qazana bilərlər. Oynayıb-oynamalarından asılı olmayaraq, gələcəyin futbolçularıdır".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi